İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İrana qarşı kimyəvi silah ittihamına cavab verərək, “Eyni yalançı bayraqlar, eyni müharibə qızışdırıcılığı, yeni loqolar” deyə bildirib.
Qalibaf qeyd edib ki, sağ cinahın etibarlılıq böhranı maksimum həddə çatıb və buna görə də mesajlandırma kampaniyası “The New York Times” və CNN-ə ötürülüb. O, bu kampaniyanın Sionist İsrailin xaricdəki fəaliyyətlərinin ən böyük özəl maliyyəçisi və CNN-in yeni sahibi Larri Ellison tərəfindən dəstəkləndiyini bildirərək, bunu “bütün gücü ilə media ələ keçirilməsi” adlandırıb.
Qalibafın sözlərinə görə, CNN yayımladığı reportajda İranın ABŞ-ın yüksək vəzifəli rəsmilərinə sui-qəsd etmək üçün Vaşinqton şəhərinə “çirkli bomba” və ya kimyəvi silahla hücum etməyə hazırlaşdığını iddia edib.

