İraqın baş naziri bu ölkənin təhlükəsizlik qüvvələrinin əl-Ənbar vilayətində yaraqlı qruplaşma fenomeninə son verilənə kimi öz mübarizələrini davam etdirəcəklərini bildirib.
Nuri Maliki “Hakimiyyət Günü” münasibətilə təşkil edilən mərasimdə deyib: İraq qaynar bir məntəqədə yerləşir və əgər aqil insanlar olmasaydılar, indi uzunmüddətli tayfalararası müharibənin şahidi olardı.
O, terrorçu qruplaşmaların kökünü kəsənə kimi mübarizənin davam edəcəyinə təkid edərək, terrorizmi himayə edən bəzi ərəb ölkələrini məzhəbçilik və tayfaçılıq düşüncələrini kənara buraxmağa dəvət edib.
Digər tərəfdən əl-Ərəbiyyə telekanalı İraq və Şam İslam Dövləti adlı terrorçu dəstənin 55 üzvünün əl-Romadi şəhərində məhv edilməsindən xəbər verib.
