İraqın təhlükəsizlik qüvvələri İrqa və Şam İslam Dövləti “DAİŞ” adlı terror dəstəsinin başçılarından birini həbs etdiklərini bildiriblər.
Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə İraqın təhlükəsizlik qüvvələri bu gün cümə axşamı günü (27 mart) bu terror dəstəsi başçısının İraqın mərkəzində yerləşən Babil vilayətinin şimalındakı İskəndəriyyə şəhərində həbs edilməsindən xəbər veriblər.
İraqın Əl-ənbar vilayətinin Fallucə şəhərinin bir neçə məhəlləsində baş vermiş silahlı atışmalar zamanı da 4 mülki həlak olub, 7 nəfər isə yaralanıb.
BMT-nin yardım çatdırmaq heyətinin bildirdiyinə görə 2013-cü ildə İraqda baş vermiş aqressivliklər zamanı 8800-dən çox iraqlı dünyasını dəyişib.