AsyaXƏBƏRLƏR

Amerikanın MTA-nin sədri casusluqları əsaslandırıb

Amerikanın Milli Təhlükəsizlik Agentliyinin sədri bu agentliyin dünyanın başqa ölkələrindən informasiya toplama və casusluqlarını əsaslandırıb.

Press Tv-nin verdiyi məlumata görə Amerikanın Milli Təhlükəsizlik Agentliyinin sədri general Kit Aleksander deyib ki, başqa ölkələrdən informasiyaların toplanılması Amerika və bu ölkənin müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olubdur.
Almaniya kansleri Angella Merkelin telefon danışıqlarını dinləməyə bilavasitə işarə etməyən Aleksander deyib ki, Amerikanın MTA-nin Almaniyadakı hərəkətləri bu ölkə və başqa Avropa müttəfiqləri qorumaq məqsədi ilə olan informasiyaların toplanılması hədəfi ilə həyata keçirilibdir.
Aleksander həmçinin sədrlik etdiyi agentliyin doğru-düzgün əməl etdiyini və heç bir səhvə yol vermədiyini iddia edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu