Amerikada yayımlanan bir jurnal CİA və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin bütün dünyadakı səfirliklərindən casusluq etmək üçün 65 qərargaha malik olduqlarını ifşa edib.
Amerika müharibələri haqda bir neçə kitabın yazıçısı olan Metiyo Eyd Foren-Polisi jurnalında bir məqalə yayımlayaraq, Amerikanın Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat Təşkilatı CİA-in casusluq məqsədilə olan əməkdaşlıqlarını şərh edib.
Neçə müddət öncəyə qədər bir-birlərinin düşmənləri kimi tanınan Amerikanın Milli Təhlükəsizlik Agentliyi və CİA Təşkilatı “Xüsusi Xəbərləri Toplama Mərkəzi” adlı müştərək bir təşkilata malikdirlər ki, onlara özəl bir mülkə dərhal daxil olmaları və özlərinin casusluq təchizatlarını insanların şəxsi kompüterləri üzərində quraşdırmalarına icazə verir. Qeyd edilən casusluq təchizatları bu təşkilatlara insanların şəxsi əlaqələrini münasib zamanda izləyib, dinləmələrinə şərait yaradır.
Metiyo Eid-in məqaləsində bildirildiyi kimi qeyd edilən müştərək təşkilat bütün dünyada Amerikanın səfirlikləri və konsulluqları daxilidə dinləmə üçün 65 qərargaha malikdir.
Bu amerikalı yazıçının yazdığına görə qeyd edilən qərargahların vəzifəsi bütün sutka ərzində səfirliklərin ətrafındakı 100 millik radiusunda yerləşən məkanlarda bütün elektronika əlaqələrinə nəzarət etmələridir.