İraq və Şam İslam dövləti( Daeş ) adlı terrorçu qruplaşmanın üzvlərindən ibarət yüzlərlə nəfər İraq ordusunun əməliyyatı nəticəsində həlak olublar.
İraqın Suməriyyə News xəbər portalı məlumat verib : İraqın təhlükəsizlik mənbələri son üç ayda Daeş üzvlərindən ibarət ən azı 800 nəfərin təhlükəsizlik və ordu qüvvələrinin əməliyyatı nəticəsində həlak olublar . Terrorçuların 300-ü qərb ölkələrin vətəndaşlarıdırlar.
İraqın Müdafiə Nazirliyinin başçısı Sədun Əl-Dəlimi xəbərdarlıq edib : Daeş ünsürləri təslim olmaq və ya həlak olmaq yolunu seçməlidirlər və bu ölkə bundan savayı bir həll yolunu qəbul etmir.
İraqın hərbi qüvvələri ötən dekabrın 21-dən Əl-Ənbar vilayəti və onun mərkəzi Əl-Remadi şəhərində Daeş terrorçularına qarşı əməliyyata başlayıblar.