İran ordusunun Xatəmül-Ənbiya adlı havadan müdafiə qərargahının komandanı söyləyib : İran ordusunun havadan müdafiəsi islam inqilabından əvvəl 100 mərkəzə malik olubsa da , müqəddəs müdafiə dövründə bu mərkəzlərin sayı 700-ə çatıb.
General Fərzad İsmayili: İraqın bəs rejiminin İrana qarşı müharibədən sonra İran ordusunun havadan müdafiə sistemi 3600 mərkəzə malik olmuşdur.
O əlavə edib : İslam inqilabından öncə əcnəbi hərbi mütəxəssislər havadan müdafiə təlimini həyata keçirirdilər və lazım gördükləri qədər iranlı mütəxəssislərə təlim verirdilər və iranlı mütəxəssislər avadanlıqlara yaxınlaşa bilməzdilər.
General İsmayili islam inqilabından əvvəl havadan müdafiə sektorunda nəzarətin olmadığına işarə edərək söyləyib : Gözətçilik və nəzarət sektoru müharibə dövründə işə başladı.
