İran İslam Respublikası xarici işlər nazirinin müavini üç həftəyə qədər Cenevrə anlaşmasının yekun mərhələsi üçün müzakirələrin başlanacağından xəbər verib.
İRİB-in məlumatına görə, İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı bu gün çərşənbə axşamı günü Tehran Ticarət Palatasının üzvləri ilə görüşdə müzakirələrin üç həftəyə qədər başlanacağını bildirərək əlavə edib: Müzakirələrin ilk addımı atıldıqdan sonra yekun addım üçün müzakirələrin başlanması qərara alınıb.
Bu tur müzakirələrdə hər bir məsələnin bəlli olduğunu bəyan edən İraqçı söyləyib: Bu məsələnin bir dövr zamanı vardır. Buna əsasən sanksiyaların ləğvi və İranın zənginləşdirməni məhdudlaşdırması ilə bağlı zaman cədvəli barəsində danışıqlar aparılacaq.
İran xarici işlər nazirinin müavini xatırladıb: 5+1 qrupunun bu zaman cədvəlində uzun illəri nəzərdə tutan cədvəli istəməsi mümkündür, İran isə az illəri nəzərdə tutan cədvəli istəyir.
İran və 5+1 qrupu ötən noyabr ayında Cenevrədə müştərək addım proqramı adlı ilk anlaşmanı əldə etdilər və bu anlaşma 20 yanvardan icra olunub.
Bu anlaşmanın dövrü altı aydır. Anlaşmaya əsasən tərəflər bir il ərzində yekun anlaşmanı əldə etmək üçün müzakirələr aparmalıdırlar.
