İran xarici işlər nazirinin müavini Vyanada İran ilə altılar arasında müzakirələrin gündəmi barədə deyib: Bu müzakirələr yekun addım müzakirəsinin iş gündəminin təyini üçün keçirilir ki, xoşbəxtlikdən yaxşı başlanğıca malik olubdur.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini- Abbas İraqçı bir saatdan az vaxt aparmış İran ilə altılar arasındakı müzakirələrin birinci dövründən sonra müxbirlər qarşısında əlavə edib: Bu müzakirələrdə məqsəd, nüvə məsələsi barədə əhatəli və yekun həll yoluna çatmaqdır; əlbəttə, bu, böyük bir işdir və qarşıda uzun və mürəkkəb müzakirələr olacaq.
İraqçı sonra deyib: Bu gün səhərki görüşlərdə, eləcə də birinci iclasda doktor Zərif vurğuladı ki, İran İslam Respublikası müzakirələrin xoşməramlılıq atmosferində davam etdirilməsi əzmindədir və həmin intizarı qarşı tərəfdən də gözləyirik ki, xoşməramlılıq və lazımi siyasi iradə ilə müzakirələrə daxil olsun.
O, deyib: Vyana müzakirələrinin hədəfi budur ki, yekun addım üçün vahid və konkret iş gündəminə çataq.