Vaxtılə Azərbaycanlı vəhhabilərin Qarabağda yox Suriyaya döyüşməyə ezam olub, həlak olmaları barədə münasibət bəsləməyən bəzi qurumlar, artıq təhlükəni başa düşüblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadə deyib ki: “Əsl şəhidliyi gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşməklə, ölməklə səhv salırlar. Lakin onlar bilsinlər ki, istəklərinə nail olmayacaqlar. Bunun qarşısını alacağıq!”
APA-nın məlumatına görə, QMİ sədri, Xocalı soyqırımı ilə bağlı tədbirdə deyib: ”
Şəhid vətənində öz torpağı uğrunda, haqqı uğrunda şəhid olandır. Amma bu gün konkret xarici qüvvələr var ki, onların dəstəyi ilə insanlarımız bu müqəddəs ideyadan yayınırlar.”
xatırladaq ki, Azərbaycanda inancılar dəfələrlər vəhhabi təhlükəsi haqda xəbərdarlıq etmişdir və təkfirçi qrupların artan təhlükəsini 20 ildən çox onlara yaradılmış şəraitin nəticəsi bildirmişlər.