AzərbaycanXƏBƏRLƏR

İƏT-in Qüds-Şərifin genişlənməsinə dəstək iclası Bakıda işə başlayıb

İslam Əməkdaşlıq Təşkilatı İƏT-in iclası Qüds-Şərifin genişlənməsinə dəstək layihələrinin araşdırılması məqsədilə bu gün çərşənbə axşamı günü Azərbaycan Respublikasının paytaxtında öz işinə başlayıb.

Bu iclasda İslam Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv 56 ölkə, İslami Təlim, Elmi və Mədəni Təşkilatı, Fars Körfəzi Əməkdaşlıq Şurası, İslam İnkişaf Bankı üçün Həmrəylik Fondunun nümayəndələri iştirak edirlər. İran İslam Respublikasının nümayəndəsi olaraq Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasət Məsələləri üzrə baş idarəsinin direktoru İshaq Ali Həbibin iştirak etdiyi bu iclasda Qüds-Şərifin inkişafına 500 milyon dollarlıq yardım layihəsi araşdırılır.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov bu iclasın başlanğıcında belə iclasların təkcə fələstinlilər deyil, bütün müsəlmanlar üçün əhəmiyyət kəsb etdiyini qeyd edərək deyib: Azərbaycan Respublikası həmişə Fələstini dəstəkləyib.

Fələstinin YUNESKO-da üzvlüyünü önəmli adlandıran Məmmədyarov Fələstinin BMT-yə tam üzvlüyünə ümidvar olduğunu bildirib.

Azərbaycan Respublikası xarici işlər naziri həmçinin bu ölkənin ərazi bütövlüyünün dəstəklənməsinə görə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə təşəkkürünü bildirərək deyib: Bakı Qüds-Şərifin inkişafı layihələrinin icrasına maliyyə yardım üçün qərar çıxarıb.

Qüds-Şərifin inkişafı layihəsi İslam Əməkdaşlıq Təşkilatının irəli sürdüyü təkliflər paketindədir.

Bu təkliflər təxminən 500 milyon dollarlıq büdcənin ayrılmasına ehtiyaclı olan Qüds-Şərifdə 12 sahənin inkişafından ibarətdir.

Mənzil, təhsil, səhiyyə, kənd təsərrüfatı, infrastruktur və vəqflər sahəsinin inkişafı Qüds-şərifin inkişafı layihəsinin bir hissəsidir.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlunun sözlərinə görə, Bakı iclası 2013-cü il fevral ayında Qahirədə baş tutan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının iclasında çıxarılan qərarlar çərçivəsində keçirilir.

Bakı iclasında həmçinin Fələstinə dəstək üçün islam maliyyə təhlükəsizliyi şəbəkəsinin təşkil olunması da müzakirə olunacaqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu