DünyaXƏBƏRLƏR

İvanişvili: Gürcüstan artıq Rusiyanı bir nömrəli düşməni hesab etmir

Gürcüstanın baş naziri deyib: Artıq bu ölkənin hərbi doktrinasında Rusiya başlıca təhlükə mənbəyi hesab olunmur və bu ölkə ilə əlaqələrin yaxşılaşdırılması müsbət gedişə malikdir.

“Vzqlyad” qəzetinin yazdığına görə, Bidzina İvanişvili şənbə günü Rustavi telekanalı ilə müsahibədə Rusiyanın artıq Gürcüstanın hərbi doktrinasında bir nömrəli düşmən olmadığını bildirib.

“Gürcüstan hökuməti keçmişdə olduğunun əksinə olaraq, Rusiya qarşısındakı çıxışlarını dəyişib və bu ölkə qarşısındakı mövqeyinə düzəliş edib. Bu siyasət nəticəsində iki ölkə arasında ticarət əlaqələri yenidən bərpa olmaqdadır.” –deyə İvanişvili deyib.

Gürcüstan Rusiya ilə bütün diplomatik əlaqələrini 2008-ci ildə separatçı Abxaziya və Cənubi Osetiya məntəqələrinin müstəqilliyini rəsmən tanımasının ardınca dayandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu