Suriya hökuməti ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyatlarının qarşısının alınmasındakı diplomatik qələbəni bu ölkə böhranı üçün siyasi həll yolunun möhkəmlənməsinə səbəb olacağını bildirib.
Suriya hökuməti öz həftəlik toplantısında son anlaşmanı ölkənin üzləşdiyi böhran üçün yeganə həll yolu olan siyasi həll yolunun möhkəmlənməsinə səbəb olacağını bildirib.
Bu toplantıda həmçinin bildirilib: ABŞ və müttəfiqlərinin Suriyaya hücumla bağlı bəhanələri əslində onlar tərəfindən himayə edilən terrorçu qruplaşmaların Suriya xalqı qarşısında məğlubiyyətə uğramasına görədir.
Suriya hökuməti bu iclasda həmçinin, ölkənin iqtisadi vəziyyətini və vətəndaşlara xidmətlərin göstərilməsi məsələlərini də araşdırıb.
Suriyanın baş naziri Vail əl-Həlqi bu iclasda deyib: Hökumət bir daha ölkədə təhlükəsizlik və sabitliyi bərpa edəcək.
V.Əlhəlqi əlavə edib: Suriya hökuməti yerli şirkətlərin səyləri habelə, yerli maliyyə mənbələri və istedadlı gənclərin hesabına ölkəni abadlaşdıraca və hökumət hazırkı böhrandan çıxmaq üçün öz milli və tarixi məsuliyyətinə əməl edəcək.
