AzərbaycanXƏBƏRLƏR

Sionist qəzet Azərbaycanı topa tutdu

Sionist rejim İsrailin ən populyar nəşrlərindən olan “Haaretz” qəzeti Azərbaycan Respublikası hökumətini “Azərbaycanın oğru hakimiyyəti” adlandırıb.
Qəzetin dərc etdiyi “Antisemitizmin olmadığı ölkə” başlıqlı yazıda yəhidulərə Azərbaycandakı xoş münasibətdən, hakimiyyətin İsraillə dostluğa çalışmasından bəhs olunur.
Lakin müəllif Anşel Pfeffer belə bir suala cavab axtarır ki, ümumən insan haqlarını pozan və korrupsiyalaşmış rejim öz xalqına qarşı zorakı rəftar etdiyi halda yəhudilərə necə yaxşı ola bilər.
Sionist müəllif xatırladır ki, söhbət İranın qonşuluğunda yerləşən, əhalisinin isə 95%-i şiə müsəlmanları olan ölkədən gedir.
Sionist qəzetin müəllifi Azərbaycan Respublikası hakimiyyətini tənqid etməkdən sionist rejim üçün maraq qazanmağa çalışıb və belə uydurub : “Azərbaycanlılar və yahudilər müxtəlif imperiyaların əsarəti altında 2500 ildən artıq yanaşı yaşayıblar”, deyə qeyd edən sionist müəllif bildirir ki, şiələrin əksəriyyəti tolerant əhval-ruhiyyədədir, Azərbaycan mədəniyyəti isə kifayət qədər dünyəvidir.
Sionist müəllif yazır ki, İsrail Azərbaycanla güclü strateji alyansdadır və Prezident İlham Əliyev tez-tez yəhudi mərkəzlərinə baş çəkir.
Ancaq müəllif daha sonra Dağlıq Qarabağ müharibəsini yada salır və həmçinin, qeyd edir: “Kleptokratik rejim (yunanca oğru hakimiyyət ) nümayişçiləri döyür, jurnalist və müxalifətçiləri əsassız olaraq həbsə atır, seçkilərin nəticələrini saxtalaşdırır”!!
Sionist müəllif sual verir: “Diktator öz xalqı ilə pis, yahudilərlə yaxşı rəftar edə bilərmi? Bəlkə onun hərəkətləri Vaşinqtondakı “yahudi lobbisinin” himayəsinə olan ümidlə izah edilir?”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu