AzərbaycanXƏBƏRLƏR

Elşad Abdullayev komitənin yaradılmasından məmnundur

ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı bir neçə gün əvvəl onun müdafiə komitəsinin yaradılmasını dəstəkləyib.
Elşad Abdullayev deyib : “Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşım Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması barədə ilkin məlumatlara yaxın dostlarımın vasitəsilə malik idim. Düzünü deyim, Azərbaycan gerçəkliklərini nəzərə alaraq bu komitənin yaradılmasına çox da ciddi yanaşmırdım. Lakin KİV-də komitənin yaradılmasını izlədikdən sonra çox məmnun oldum.”

Abdullayev deyib : “Komitənin tərkibində yenicə fəaliyyətə başlamış ictimai təhqiqat qrupunun daha da effektiv çalışması məqsədilə Mahir Abdullayevlə bağlı videogöruntulərin və başqa rəsmi və qeyri-rəsmi sənədlərin bir qismini komitəyə təqdim etməyə çalışacağam. Bu komitəni yaratmaqla əyinlərinə qorxmadan ağ kəfən geyinmiş o qorxmaz, fədakar insanlara bu çətin yolda səmimi qəlbdən uğurlar arzulayıram”.
Onun sözlərinə görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general Vaqif Axundovun əməkdaşlarının son videogörüntülərinin analizi müəyyən edir ki, ölüm eskadronun üzvləri – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edir.
Elşad Abdullayev deyib : “Məlumdur ki, Ramiz Mehdiyevin və general Vaqif Axundovun icazəsi olmadan XDMX-in əməkdaşları heç vaxt ABU rektoru, professor Elşad Abdullayevin yanına gələ bilməzdilər.”
Onun sözlərinə görə, videoda görünən Səftər Əliyev general XDMX-in əməkdaşıdır, əvvəllər MTN əməkdaşı olub, onunla dəfələrlə hərbi formada görüşüb. İkinci şəxs Natiq adlı adam isə general Vaqif Axundovun işçisidir, polkovnikdir, əvvəllər milli təhlükəsizlik naziri olan Namiq Abbasovun köməkçisi olub. Videodakı digər şəxs isə Sahib – “Kəkilli” MTN-in 7-ci idarəsinin əməkdaşıdır. Əslən cəlilabadlıdır. Bu dəstənin digər üzvü olan Yasir isə naxçıvanlıdır. Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin mayorudur, adam oğurluğunda pul işlərinə baxır. E.Abdullayev bildirdi ki, bu bandanın hazırda həbsdə yatan Arzu Kazımovla qarşılıqlı əlaqəsi var.
E.Abdullayev ayrı-ayrı məmurları ifşa etməkdə davam edəcəyini də deyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu