
ABŞ Prezidenti Barak Obama Ermənistan Prezidenti Serj Sərkisiyana təbrik məktubunda ABŞ-Ermənistan tərəfdaşlığını, Ermənistan-Türkiyə əlaqələrini normallaşdırmağa dair səyləri gecləndirməyi və DQ məsələsinin dırnaq arası həllini vurğulayıb.
Obama-nın Sərkisiyana təbrik məktubu bundan ibarətdir :
“Əziz Prezident:
Sizin yenidən Ermənistan Respublikası Prezidenti postuna seçilməyinizi təbrik etmək istərdim. Hər ikimizin də ikinci dəfə Prezident olduğumuz üçün əməkdaşlığımızı davam etdirməyimizi arzulayıram.
Biz irəlilədikcə, ölkələrimiz və xalqlarımız arasından olan əlaqələri möhkəmləndirib və tərəfdaşlığımızı daha da vüsətləndirməyimizi istərdim. Biz qətiyyətlə Ermənistanın inkişafına sadiq qalırıq və düşünürük ki, sizin rəhbərliyiniz ölkədəki demokratiya və iqtisadiyyat sahəsindəki davamlı islahatın inkişafını təmin etməsinə inanırıq ki, bu islahat erməni və amerikan xalqlarının dəyərli tərəfdaşlığına güclü potensiallı yeni fürsətlər yaradacaq. Biz davamlı sülh və təhlükəsizliyinə tərəf mənalı addım sayılacaq DQ sülh prossesini güclü dəstəkləyirik. Biz eləcə də Ermənistan-Türkiyə əlaqələrini normallaşdırmağa köklənmiş işlərin davamının tərəfdarıyıq.
Bizim yenidən seçilməyimiz ölkələrimizin arasındakı əlaqələrin yüksəlməsinə çoxlu şanslar yaradır və sizin üçün Ermənistanın islahatını gücləndirən və sizing xalqa və regionda sülhə səsəb olan irs yaradır.
Siz Birləşmiş Ştatların Ermənistanın dözümlü dostu və tərəfdaşı olmasına və sizinlə bu dəyərli hədəflərə çatmaq üçün iş aparmağına əmin ola bilərsiniz.”
Qeyd etmək lazımdir ki, ABŞ Prezidentinin bu məktubu belə bir halda xüsusi sözlərlə Serj Sərkisiyana ünvanlanıb ki, Barak Obama Azərbaycan Respublikası hökumətinin Xocalı faciəsi ilə bağlı təşəbbüsünə məhəl qoymamışdır və hətta Ağ ev ABŞ Prezidentinin bununla bağlı fikir bildirməyəcəyini vurğulamışdır.
ABŞ Prezidentləri Prezident İlham Əliyevə heç bir Sərkisiyana ünvanladıqları qeyd-şərtsiz himayədarlıqlarını bildirməyiblər.