AzərbaycanXƏBƏRLƏR

Elşad Abdullayev bu dəfə də MTN-i ifşa edir.

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaymağını planlaşdırdığı yeni videoda MTN-nin məxfi əməliyyatlar ilə bağlı məlumat veriləcək.

Elşad Abdullayev bildirib : “Yeni video Əli Bayramov (Zənglianski) adlı şəxslə sabiq rektorun söhbətini əks etdirir. Əli Zəngilanskinin oğlu MTN-də çalışır və mayor rütbəsi daşıyır. Bu şəxs hay-küylü cinayətlərin iştirakçısı olub. Məni Əli Zəngilanski Bakı Dövlət Universitetinin hüquq fakultəsinin dekanı mərhum Məmmədxan Rəsulov ilə tanış edib. 2007-ci ildə Qurd Qapısı restoranında Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulovu Sevinc Babayeva sayağı zəhərlədilər. Bu əməliyyatda Əli Zəngilanskinin rolu olub. Sumqayıtda bir zavod direktorunu da bu cür aradan götürdülər. Əli Zəngilanski adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın da üzvüdür. Bildiyim qədər MTN-ònin 4-cü idarəsilə əlaqəlidir”.
Qardaşı Mahir Abdullayev barədə dediklərinə gəlincə sabiq rektor bildirib: “Əli Zəngilanski ilə bağlı məndə 16 video var. Bu videolar 2003-2007-ci illərdə çəkilib. O deyirdi ki, Mahir MTN-də saxlanılır. Pulunu ver al. Onun sözlərilə Mahir Sənan Ibrahimovla Qulu Cəfərovun oyununa düşüb. Onu Mətanət Isgəndərlinin evindən aparıblar. Sənan Ibrahimov MTN-də nazir müavini olan Hilal Əsədovun adamıdır. Elə MTN-də çalışır. Qulu Cəfərov isə MTN-də idarə rəisi olan Akif Çovdarovun adamıdır. Əli Zəngilanski deyirdi ki, onun saxlanıldığı yer QULAQ (Qlavnıy Upravlenie Laqerey) kimi bir yerdir. Ora heç kim daxil ola bilməz. Amma onun oğlu həmin yerə nəzarət edir”.
Elşad Abdullayev əlavə edib : “Sonuncu dəfə mən Əli Zəngilanski ilə görüşəndə o mənə dedi ki, Mahirin yanındakı qadın sənə zəng vuracaq. Dedi ki, guya fövqəladə hallar naziri Kəmaləddin Heydərovun anası Hacı Simuzər xanımdır. O xanım mənə dedi ki, yanındakı kürd balasına, yəni Əliyə Yasamaldakı avtosalonda bahalı bir maşın var, Mahiri axşam gətirib sənə təhvil verəcəm! Dedi bu dəqiqə səni Mahirlə danışdıracam. Sonra mənimlə bir nəfər Mahirin adından danışdı. Səsi Mahirin səsinə oxşasa da, o deyildi. Mənimlə Mahirin adından danışan şəxs MTN-in Anti Terror Mərkəzinin rəisi general Elçin Quliyev idi. O mənim tələbəm olub. Amma bu oyunların içindədir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu