İraq paytaxtı Bağdad şəhərinin müxtəlif məntəqələrində bomba quraşdırılmış 4 avtomobilin partlaması nəticəsində onlarla insan həlak olub və yaxud yaralanıb.
Partlayışlar ötən gün (şənbə 15 mart) Bağdadın Sədr şəhərciyi, Həyül-Qahirə, Əl-Əmin və Həyül-Amil məntəqələrində baş verib ki, onun nəticəsində 10 nəfər həlak olub, 30 nəfər yaralanıb.
İraq təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, ötən gün (şənbə 15 mart) iki iraqlı əsgər Bağdadın 110 km-də yerləşən Əl-Anbar vilayətinin mərkəzi Ər-Rəmmadi şəhərində baş verən partlayış nəticəsində ölüb və iki nəfər yaralanıb.
İraqdan verilən digər xəbərə əsasən, silahlı hücumçular ölkənin qərbində yerləşən Əl-Anbar vilayətinin müxtəlif məntəqələrinə bir neçə qumbara gülləsi ataraq bir hərbçini həlak edib, 7 nəfəri isə yaralayıb. Həmçinin həmin hücum nəticəsində neçə yaşayış mənzili də xəsarət alıb.
Əl-Anbar vilayəti iki gün bundan öncədən yerli köçəri tayfaların İraq ordusu qüvvələrinin əməkdaşlığı nəticəsində, “DAEŞ” adlanan İraq və Şam İslam Hökuməti “İŞİD” terrorçu qrupuna qarşı hücumların kəskinləşməsinin şahididir.