İraqın paytaxtı Bağdadın şimalında bomba yüklü avtomobillə təşkil edilən 2 ayrı hücumda 11 adam həyatını itirdi, 24 adam yaralandı.
Əldə edilən məlumata görə, Bağdadın şimalındakı ət-Tarimiyye bölgəsində bir idarə nöqtəsinə bomba yüklü avtomobillə təşkil edilən hücumda 5 adam həyatını itirdi, 11 adam yaralandı.
İkinci hücum isə, Bağdadın şimalındakı əş-SAB bölgəsinin əs-Sıhha məhəlləsindəki bir qəhvəxana yaxınında reallaşdı.
Burada da 6 adam həyatını itirdi, 13 adam yaralandı. Mövzuyla əlaqədar rəsmi bir şərh edilmədi.