Dünya

İranlı diplomat Hadi Əfqəhi: İraq müşavirinin Tehran səfəri mühüm məqamları aydınlaşdırdı

İranlı diplomat Hadi Əfqəhi: İraq müşavirinin Tehran səfəri mühüm məqamları aydınlaşdırdı

İranın keçmiş diplomatı Hadi Əfqəhi İraqın milli təhlükəsizlik müşavirinin Tehrana səfərinin çox mühüm olduğunu bildirib. O, səfərin bir çox məqamı aydınlaşdırdığını və çoxsaylı anlaşılmazlıqları aradan qaldırdığını qeyd edib.

Əfqəhi bildirib ki, səfər zamanı mühüm məsələlər müzakirə olunub. Həmçinin Möhsün Rzayi Tehranda Qasim Əl-Əbud ilə görüşündə iki ölkə arasındakı təhlükəsizlik, iqtisadi və ticarət əlaqələri də daxil olmaqla müxtəlif məsələlərə toxunub. O, İraq və İranın hər iki ölkənin əhalisinin çox əziyyət çəkdiyi narkotik qaçaqmalçılığına qarşı olduğunu vurğulayıb və bu sahədə məhdudlaşdırıcı tədbirlər üçün iki ölkə arasında geniş əməkdaşlığa ümid etdiyini bildirib.