AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda parlament seçkiləri tam demokratik şəkildə keçirilib

BMT Baş Katibinin İraqdaçı təmsilçisi bu ölkə parlament seçkilərinin şəffaf surətdə keçirildiyini təsdiqləyib.

Əl-Əraqiyyə telekanalının məlumatına görə BMT baş katibinin İraqdakı təmsilçisi Nikolay Moladinov cümə axşamı günü bir müsahibədə parlament seçkilərinin ali seçki qərargahına öz təşəkkürünü bildirərək deyib: İraqda siyasi cərəyanların təmsilçiləri və beynəlxalq təşkilat və qurumların müşahidəçilərinin hüzurunda keçirilən parlament seçkiləri göstərdi ki, seçkilər tam demokratik şəkildə keçirilib.

Beynəlxalq təşkilatlar eləcə də İraqda bütün siyasi qruplar və cinahların nümayəndələrinin seçkilərdə toplanan səslərin sayı prosesinə nəzarəti seçkilərin nəticələrinin şəffaf olmasına aydın bir sübutdur. İraqda parlametn seçkilərinin 3-cü dövrü çərşənbə günü 30 apreldə bu ölkə vətəndaşlarının geniş iştirakı ilə keçirilib. Seçkilərdə xalqın 60 faizdən çoxu iştirak edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu