AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda parlament seçkilərinin üçuncü mərhələsi başlanıb

İraqda bu ölkənin parlament seçkilərinin əsas mərhələsi başlanıb.

İraq parlament seçkilərinin üçüncü və təyinedici mərhələsi bu gün yerli vaxtla səhər saat yeddidən bu ölkənin on səkkiz vilayətində başlanıb və saat on səkkizədək davam edəcək.
İyirmi bir milyondan yuxarı iraqlı səkkiz min iki yüz qırx mərkəz və əlli altı min seçki məntəqəsində səsvermədə iştirak edə bilər.
İraq vətəndaşları otuz doqquz böyük siyasi koalisiyanın nümayəndəsi olan doqquz mindən yuxarı namizəd arasından nəzərdə tutduqları namizədləri seçməlidirlər.
Bu seçkilərdə qabaqkı seçkilər kimi şiələr, sünnilər və kürdlər müxtəlif koalisiyalarla bir-biriləri ilə rəqabət aparacaqlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu