İraqXƏBƏRLƏR

İraqda partlayış 26 nəfərin həyatına son qoydu

İraqın Bəqubə şəhərində baş vermiş partlayışda 26 nəfər həlak olub.
İraq polisi bildirir ki, bir terrorçu kamikadze Bəqubə şəhərinin mərkəzində vilayət şurası seçkiləri namizədlərindən birinin təşviqat kampaniyası zamanı üzərində olan partlayıcı qurğunu işə salaraq 26 nəfəri öldürüb. Bu hadisədə çoxlu sayda insan da yaralanıb.
Həmçinin, İraqın Babil vilayətinin əl-Məhavil şəhərində Şəbiyə bazarında törədilən partlayış zamanı 3 nəfər həlak olub, 14 nəfər də yaralanıb.
İraqdakı terror aktlarında təkfirilər və ifratçıların məsuliyyət daşıdığı bildirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu