DünyaXƏBƏRLƏR

Misirdə gedən toqquşmalarda ölən və yaralananlar var

Qahirənin şimalında müsəlmanlarla qibtilər arasında gedən toqquşmalarda 5 nəfər həlak olub.
Çin Xəbər Agentliyinin məlumatına görə, bu toqquşmalarda 8 nəfər də yaralanıb.
Toqquşmalar çərşənbə axşamı günü “6 Aprel Gəncləri Hərəkatı”nın təsis edilməsinin ildönümü günü münasibətilə Misirin Ali Məhkəmə binası qarşısında keçirilən nümayiş zamanı baş tutub.
Misir polisi Ali Məhkəmə binası qarşısında aksiya keçirənlərə gözyaşardıcı qazlarla hücum edib.
Polis həmçinin, İsgəndəriyyə şəhərində habelə, Nil çayının deltasında yerləşən şəhərdə də aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu