Misir polisi iki ədəd zirehli maşınla bir qrup iğtişaşçı ilə yanaşı, Qahirənin şərqindəki Rabi-əl-Əduyyə meydanında aksiyaçılara basqın edibdir.
Bu ölkənin kənarlaşdırılmış prezidenti- Məhəmməd Mursinin qanuniliyinin tərəfdarı olan etirazçılar bu gün səhər Rabi-əl-Əduyyə meydanında namaz qılarkən polis ilə iğtişaşçıların basqınına məruz qalıblar.
Bu məlumata görə, polis və iğtişaşçılar güllə və gözyaşardıcı işlədərək, namazqılanlara qəflətən hücum ediblər
Misir Daxili İşlər Nazirliyinin Mursinin tərəfdarlarından öz aksiyalarına son qoymalarını istədiyi bir halda, kənarlaşdırılmış prezidentin hamiləri koalisiyası bu gün bazar günü aksiya keçirmək üçün çağırış vermişdi.