ABŞ dövlət katibi və Almaniya xarici işlər naziri deyirlər ki, Rusiyanın Suriyaya S-300 havadan müdafiə zenit raket komplekslərini verməsi Cenevrədə sülh müzakirələrinin keçirilməsi üçün səylər prosesində maneədir və İsrail rejimini təhlükəyə salır.
Con Kerri cümə günü Vaşinqtonda almaniyalı həmkarı Gido Vestervelle ilə keçirdiyi birgə mətbuat konfransında bildirib: Bizim Cenevrə konfransını təşkil etməklə sülhü yaratmağa çalışdığımız bir halda S-300 komplekslərinin bölgəyə köçürülməsi faydalı görünmür.
Kerri əlavə edib: Biz bir daha onlardan istəyirik ki, İsrail qarşısında bölgənin tarazlığını pozmasınlar. Əsədə verilən silahlar İsraili təhlükəyə atır.
Rusiyaya xəbərdarlıqlar ən modern silahları sionist İsrail rejiminə təhvil verən qərbin iki ölkəsi tərəfindən irəli sürülüb. İsrail rejimi aprel ayında nüvə başlıqlarına malik raketləri atmaq qabiliyyəti olan 5-ci sualtı Delfin gəmilərini Almaniyadan təhvil aldı.
Bundan öncə iki sualtı gəmi pulsuz şəkildə İsrail rejiminə təhvil verilmişdi və 3-cü sualtı gəmi də 50% endirimlə Təl-Əvivə satılıb.
Beynəlxalq Müdafiə Xəbərləri internet portalının məlumatına görə, Almaniya 4 və 5-ci sualtı gəmilərin xərcinin üçdə birini də özü ödəyib.
ABŞ prezidenti Barak Obama mart ayında demişdi ki, Vaşinqton 2017-ci ilə qədər və hətta ondan sonra da İsrailə öz hərbi yardımlar verməklə onu himayə edəcək. Cari il razılaşmasına əsasən, Vaşinqtonun Təl-Əvivə hazırkı yardımı ildə 2,4 milyard dollardan 3,1 milyard dollara artacaq.
Obama həmçinin deyib ki, gələn 2 ildə “Dəmir Günbəz” adlanan Təl-Əvivin raket sistemini genişləndirməsi məqsədilə İsrailə təxminən 600 milyon dollar əlavə vəsait ödəmək üçün onun heyəti ABŞ Konqresi ilə məsləhətləşmə aparacaq.
