AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda terror aktlarının can tələfatı artıb

İraqın müxtəlif bölgələrində törədilən terror aktları 39 nəfərin ölüb, yaralanması ilə nəticələnib.

İraqın müxtəlif bölgələrində o cümlədən , bu ölkənin paytaxtı Bağdadın cənubunda ” Zəfəraniyyə ” məntəqəsində bir maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 nəfər həlak olub və daha 15 nəfər yaralanıb.
Bağdadın şərqində ” Cəmilə ” məntəqəsində də bir maşına quraşdırılmış bombanın partlaması 11 nəfərin yaralanmasına səbəb olub.
Daxil olan digər bir məlumata görə , Bağdadın yaxınlığında olan ” Sədr “şəhərində bir avtobusa quraşdırılmış bombanın partlaması iki nəfərin ölümü və daha 5 nəfərin yaralanması ilə nəticələnib.
” Əl-Kəmaliyyə ” bölgəsində də bir avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi o məntəqə əhalisi arasında dəhşət yaradıb . Bu bölgə İraq şiələrinə aid bir məntəqədir.
İraqın baş naziri Nuri Maliki bir müsahibədə ölkə polisi və ordu qüvvələrinin bazar günü müştərək surətdə terrorçulara qarşı apardığı əməliyyatın keyfiyyətinə işarə edərək deyib : Əl-Ənbar vilayətində həyata keçirilən hərbi əməliyyat İraq xalqı və dövlətinin həmrəyliyini göstərir ki, bu da İraqdakı terrorçulara qarşı böyük bir zərbə olmuşdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu