ÜMUMİ
Sionist hərbçilər tərəfindən fələstinlilərin evlərinin dağıdılması davam edir
Sionist işğalçılar fələstinlilərin evlərini dağıtmağı davam etdirirlər.
Sionist rejimin buldozerləri sionist hərbçilərin himayəsi ilə bu gün bazar günü Cenin şəhərinin şimal-qərbində yerləşən Eyn-Əlşərə məntəqəsinə hücum edərək, bu məntəqədəki bəzi evlərin sakinlərini evlərindən çıxardaraq, onların evlərini dağıdıblar.
Sionistlərin cinayətlərinin ardınca Eyn-Əlşərə məntəqəsinin sakinləri aksiya keçirib, daş ataraq, sionist hərbçilərlə toqquşublar.
Sionist hərbçilər təqribən hər gün Fələstinin müxtəlif məntəqələrinə basqın edərək, bir qrup fələstinlini şəhid edir, yaralayır və həbs edir.
Sionist hərbçilər 2013-cü ildə Fələstin xalqına qarşı 20 mindən çox təcavüzkarlıq hücumu həyata keçiriblər.