Ərəbistanın Qətif şəhərində fəaliyyət göstərən və müxalifətdə olan Azadlıq və Ədalət Koalisiyasının liderlərindən biri deyir: İraqdakı terror aktlarına görə xüsusilə də Hüseyn(ə)-ın Ərbəini ərəfəsində şiə zəvvarların şəhid edilməsində Ərəbistan məsuliyyət daşıyır.
Bu ərəbistanlı siyasi fəal təhlükəsizlik məsələləri ilə əlaqədar adının gizli qalmasını istəyib və deyib: Ərəbistan yalnız İraqda deyil, bütün islam ölkələrində müsəlmanların terror edilməsində məsuliyyət daşıyır. Buna görə də müsəlmanlar bu vəhhabi təfəkkürünə qarşı çıxmalı və müqavimət göstərməlidirlər.