Rusiyanın xarici işlər naziri bir daha xarici qüvvələrin Suriyanın daxili işlərinə müdaxilə etmələrinin əleyhinə olmasını bildirib.
Sergey Lavrov Suriyada BMT manifestinin 7-ci fəslinin maddələrinin həyata keçirilməsi istiqamətində səylərin edilməsinin vacibliyini vurğulayıb.
SANA xəbər agentliyinin məlumatına görə, Lavrov , cümə günü Moskvada təhlükəsizlik mövzusunda keçirilən üçüncü beynəlxalq iclasda bu məqama toxunaraq deyib : Rusiya , Suriyada hər hansısa tolerant bir müzakirənin aparılmasına tərəfdarlıq edir.
Lavrov , habelə Liviyada ayaq-alıb gedən əmin-amansızlıqlara işarə edərək , bu ölkə vəziyyətindən nigaran qaldığını söyləyib və deyib : Liviya tam çıxılmaz bir vəziyyətlə üzləşib və onunla dost olan ölkələrin biri belə o ölkəni mövcud böhrandan xilas etmək iqtidarında deyillər.
Çıxışının davamında Liviyanın parçalanması ehtimalından nigaran olmasını bəyan edən Lavrov deyib : bu ölkənin parçalanması Afrikada yeni bir böhranın baş qaldırılmasına kömək edə bilər. Bundan savayı Səhra bölgəsində və Afrikada bu bölgəni daimi bir təhlükəli mərkəzə çevirə bilər.