AsyaDünyaİraqXƏBƏRLƏR

İraqın şimalında baş verən partlayışda 13 nəfər həlak olub

İraqın şimalında bobma quraşdırılmış bir avtomobilin partlaması nəticəsində ən azı 13 nəfər həlak olub.

İraq təhlükəsizlik mənbələri bildiriblər ki, İraqın şimalında yerləşən Diyalə vilayətinin mərkəzindəki Bəqubə şəhərinin cənub şərqinin 50 km-də avtomobil sərgisi yaxınlığında bir yükdaşıyan maşınının partladılması nəticəsində ən azı 13 nəfər həlak olub 27 nəfər isə yaralanıb.
İraq təhlükəsizlik mənbələrinin bildirdiyinə əsasən, Bağdadın cənubunda baş verən partlayışda isə 2 mülki həlak olub və 6 nəfər yaralanıb.
İraqllı mənbələrin bildirdiklərinə əsasən, 2013-cü ildə 7 mindən arıtıq insan ölkədə baş verən müxtəlif terror aktlarında həyatını itirib.
İraq daxili işlər, müdafiə və səhiyyə nazirlikləri ötən gün (cümə axşamı 2 yanvar) hesabatlarında təkid ediblər ki, 2013-cü il İraq üçün ən qanlı il kimi sayılır. Həmin məlumata əsasən, 2008-ci ildə İraqda həyata keçirilən müxtəlif terror aktlarında 8995 nəfər öz həyatını itirib.
Həmin halda BMT-nin baş katibinin İraqdakı xüsusi nümayəndəsi Nikolay Meladinov 2013-cü ildə müxtəlif terror əməliyyatları vasitəsi ilə İraqda həlak olanların sayının artması ilə əlaqədar nigarançılıq hissi keçirərək bildidirib ki, İraqda baş verən dincsizliklər 9 il uzun sürən ABŞ-ın bu ölkəni işğal altına almasından mənşə alır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu