Bəhreyn xalqı bu ölkədə həbs olunanlarla həmrəylik əlaməti olaraq aksiyasını davam etdirir.
Bəhreynin bir neçə bölgəsində inqilab fəallarını təqib etmək və kor-koranə həbs etməyə etiraz əlaməti olaraq dinc yürüş keçirilib. Bu yürüşdə iştirak edənlər məhbusların dərhal azad olunmasını tələb ediblər.
Bazar ertəsi günü də Bəni Cəmrə məntəqəsində həbs olunmuş Rza əl-Qəsrənin anası ilə həmrəylik əlaməti olaraq “hamımız səninləyik” şüarı ilə yürüş başlanıb və Bəni Cəmrə qadınlarının məhbuslarının analarının yanında olduğu nümayiş etdirilib.