İran İslam Respublikası dünya ölkələri dövlət başçılarının geniş iştirakı ilə BMT Baş Assambleyasının Nüvə Tərksilahı konfransının keçirilməsində BMT-nin təşəbbüsünün zəruriliyini vurğulayıb.
İRİB-in Nyu-Yorkdan verdiyi məlumata görə, Məhəmməd Xəzai Qoşulmama Hərəkatının BMT-dəki qrupunun sədri olaraq BMT Baş Assambleyası sədri və BMT baş katibindən istəyib ki, dünya ölkələri dövlət başçılarının geniş iştirakı ilə nüvə tərksilahı konfransının daha intizamlı və geniş formada keçirilməsi üçün təşəbbüs göstərsinlər.
Dünyanın bir neçə böyük ölkəsində nüvə cəbbəxanalarının mövcud olmasına, eləcə də dünya, xüsusilə Yaxın Şərq regionunun bütün atom silahından təmizlənməsinin zəruriliyinə toxunan Məhəmməd Xəzai dövlət başçıları səviyyəsində bu iclasın keçirilməsinin əhəmiyyətini vurğulayıb.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Əli Əsğər Soltaniyyə də Cenevrədə Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxılması üzrə keçirilən konfransda deyib: Atom silahına malik ölkələr bu silahları olmayan ölkələrə hücumda nüvə hücumu və ya təhdidinin olmamasında hüquqi öhdəlik verməlidirlər.
“ABŞ, İngiltərə və Fransanın NPT sazişinə uyğun, eləcə də təhdidlə əlaqədar öz öhdəliklərindən sui-istifadə edir və bu da dözülməz açıq-aşkar pozuntu halı hesab olunur” –deyə Soltaniyyə bildirib.