İran İslam Respublikası prezidenti İran xalqını tarix yazan və sivilizasiya yaradan bir xalq adlandırıb.
Mahmud Əhmədinejad dünən Əhvaz sakinləri qarşısında bu sözləri deyərək, belə əlavə edib: İran xalqı tarix boyu şərəf, ədalət və paklıq zirvələrini fəth etmək üçün daim həmrəy olub.
İran prezidenti əlavə edib: Düşmənlər və İran xalqının bədxahları bir-birilərinin ardınca tarixin zibilliyinə yuvarlanırlar. Amma İran xalqı hələ də ayaq üstə möhkəm dayanıb, ədalət və tövhidin baraqdarı olmaqda davam edir.
