DünyaXƏBƏRLƏR

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Ayətullah Xoşvəqtin yas mərasimi keçirilib

Allah yolunda arif və əxlaq müəllimi olan Ayətullah Hac Şeyx Əzizullah Xoşvəqt Rizvanullah-Taala əleyhin yas və anım mərasimi bu gün bazar günü İslam İnqilabının Böyük Rəhbəri tərəfindən və o həzrətin iştirakı ilə İmam Xomeyni(rə) Hüseyniyyəsində keçirildi.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei-nin iştirak etdikləri bu mərasimdə Ayətullah Xoşvəqtin ailə üzvləri , qohumları və şagirdləri, İranın Üçlük Hakimiyyət Aparatlarının sədrləri, ölkə və ordu rəsmiləri habelə xalqın müxtəlif təbəqələri də iştirak ediblər. Mərasim Qurani-Kərimdən ayələrin tilavət edilməsi ilə başlayıb. Sonra Əhlibeyt(ə) mədhiyyəçiləri Həzrət Seyydüşşühəda(ə)ın mərsiyəsi habelə mərhum Ayətullah Xoşvəqtin rehlətinin kədərində mərsiyəxanlıq ediblər.

Bu mərasimdə Höccətülislamvəlmüslimin Sediqi çıxış edərək, Ayətullah Xoşvəqtin irfani və tərbiyəvi həyat tərzindən danışıb. O deyib: “ Bu Allah yolunun alimi, təqvalı bir insan idi ki, özünü İlahi rəhmət istiqamətində qərar verdi və özünün bərəkətli ömrünün sonuna qədər bu nurlu istiqamətdən çıxmadı”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu