
İslam İnqilabının Böyük Rəhbərinin, Əllamə Seyid Məhəmməd Kazım Təbatəbayi-Yəzdinin Xatirə Konfransına göndərdikləri müraciətləri
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei, Əllamə Seyid Məhəmməd Kazım Təbatəbayi-Yəzdinin Xatirə Konfransına göndərdikləri müraciətdə onun şəxsiyyətinin müxtəlif cəhətlərinin tanıtdırılmasına təkid ediblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə mərhum Seyid Məhəmməd Kazım Təbatəbayi-Yəzdinin təfəkkürlərinin araşdırılması vacibliyini vurğulayaraq, ümumi fikir üçün onun şəxsiyyətinin müxtəlif cəhətlərinin tanıtdırılmasına təkid ediblər.
İslam İnqilabının Böyük Rəhbərinin Ofisinin sədri Höccətülislam-vəlmüslimin Məhəmmədi-Golpayqani tərəfindən qiraət olunan bu müraciətdə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei , Əllamə Seyid Məhəmməd Kazım Təbatəbayi-Yəzdinin şəxsiyyətinin genişliyinə işarə edərək, bu böyük fəqihin şəxsiyyətini üç cəhətdən-elmi, mənəvi və “cihada hazırlıq” baxımından yüksək dəyərləndirib və belə əlavə ediblər: “ Seyid Kazım Təbatəbayi-Yəzdinin fiqhi əsasları barədə tədqiqatlar dərinləşdirilməlidir”.
“ Saheb-e Orvə” adı ilə tanınan Seyid Məhəmməd Kazım Təbatəbayi-Yəzdi ötən əsirdə dünya Şiələrinin böyük fəqihlərindən olub.
Onun məşhurlaşmasına səbəb fiqhi məsələləri bilməsi və “ Orvətül-Vüsqa” kitabını yazması olub ki, indiyədək fəqihlərin diqqət mərkəzində durur.
