İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin ikinci iclası bu gün cümə günü ( 26 aprel) Bakıda sona çatıb.
İclas əmək və iş yerlərinin yaradılması ilə bağlı məsələlərdə islam ölkələrinin əməkdaşlıq çərçivəsinin təsdiqlənməsi eləcədə bu sənəddə İran tərəfindən irəli sürülən təkliflərin təsdiq edilməsi ilə başa çatıb.
İranın kooperasiya , əmək və sosial rifah nazirinin müavini Məhəmməd Təqi Hüseyni İRİB ilə müsahibədə deyib: Bu iclasda əmək sahəsində islami ölkələri arasında bir əməkdaşlıq çərçivəsinin sənədi qəbul edilib.
Onun sözlərinə görə, İslami ölkələr qabaqca belə bir mexanizmə malik deyil idilər.
Lakin aparılan məsləhətləşmələrin ardınca bu sənəd qəbul edildi və İİR-nın təkliflərinə də onda yer verildi.
Hüseyninin sözlərinə görə, iş qüvvəsinin mühafizə edilməsi, iş sahəsinin yaradılması , texniki və professional təlimlərin həyata keçirilməsi, fəhlələrin sığortalanması , İran tərəfindən irəli sürülən mühüm təkliflərdən olmuşdur ki, bunların hamısına sənəddə yer verilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv 56 ölkənin əmək nazirləri və nümayəndələri həmçinin bu təşkilatın baş katibi bu iclasda İslam ölkələrinin əməkdaşlığı, o cümlədən iş və əmək haqdakı məsələlər ,iş təhlükəsizliyi işsizliyin azaldılması , insan qüvvəsinin qabiliyyətlərinin artırılması , mühacir fəhlələr kimi müxtəlif məsələlərini müzakirə ediblər.
Bu iclasda , eləcədə islami ölkələrin əmək nazirlərinin ikinci iclasının 2015-ci ildə Cakartada təşkil ediləcəyi qərara alındı.
İslamı Əməkdaşlıq Təşkilatına Üzv Ölkələrin Əmək Nazirlərinin ikinci iclasında iştirak edən ölkələr habelə Az.R-nın prezidenti İlham Əliyevlə görüşüblər.
İlham Əliyev bu görüşdə Rəsmi Bakının İslami Ölkələrlə Əməkdaşlığını genişləndirmək üzrə ciddi əzmkarlığına işarə edərək deyib: Bu istiqamətdə son illər ərzində Bakıda İslami Əməkdaşlıq Təşkilatının Nazirlər səviyyəsində olan 5 tədbiri keçirilib.
İlham Əliyev deyib: İslami ölkələr arasında vəhdətin yaradılması İƏT-in əsas məqsədlərindəndir və Bakı islam ölkələri arasında əməkdaşlığın genişləndirilməsi yolunda bütün imkanlarından istifadə edəcək.
Qeyd edək ki , 56 islami ölkənin əmək nazirliklərinin ekspertləri səviyyəsində olan iclası aprelin 23 və 24-də Bakıda keçirilmişdir.
dünən 25 apreldən başlanmış İslami ölkələrin əmək nazirlərinin iclası bu gün cümə günü sona öz işinə son verib.