İranXƏBƏRLƏR

İslam Şurası Məclisinin rəsmisi Bakıya xəbərdarlıq edib

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi Bakıya xəbərdarlıq edib ki, separatçılıq məsələsinə əl atmaq Bakının zərərinə bitəcək və əgər qoşulmaq məsələsi varsa, Azərbaycan İrana qoşulacaq.

Əlaəddin Brucerdi Millət Evi İnformasiya Agentliyi ilə müsahibədə Bakıda anti-İran toplantısının keçirilməsinə reaksiyada deyib: Təəssüflər olsun ki, bir müddətdir amerikalılar və sionistlərin nüfuzuna görə qonşu islam ölkəsi Azərbaycandan bəzi zümzümələrin şahidiyik.

Brucerdin İslam Şurası Məclisindəki nümayəndəsi əlavə edib: Əgər prosesin baş verməsi olarsa, İrandan ayrılan öz yerinə qayıtmalıdır. Azərbaycan da İrana öz ana diyarına qayıtmalıdır və mütləq onun əksi baş verməyəcəkdir.

İfratçı qruplaşmaların belə toplantılar keçirməsinə icazə verməyin Azərbaycan Respublikası rəsmilərinin xeyrinə olmadığını bildirən Brucerdi söyləyib: Mütləq azərbaycanlı həmvətənlər öz islam baxışını nəzərə alaraq bir islam quruluşunda yaşamaqda maraqlıdırlar və bu hərəkətlərə maraq göstərməyəcəklər.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri İranın Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə hörmətlə yanaşdığını və bu ölkə ilə yaxşı münasibətlər bərqərar etməkdə maraqlı olduğunu bildirərək söyləyib: Azərbaycana tövsiyə edirik ki, ərazilərin qırılmasına icazə verməsin. Çünki belə separatçılıq açıqlamalarından sonra baş verənlər onların xeyrinə olmayacaq.

Son vaxtlar Bakıda bir anti-İran qruplaşması Azərbaycan Respublikası parlamentinin bir qrup deputatının iştirakı ilə toplantı keçirərək İrana qarşı separatçılıq iddialarını irəli sürüb və təhqiramiz yazılar paylayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu