İranda səhiyyə xeyriyyəçilərinin köməyi ilə 1000 müalicə mərkəzi inşa olunub.
İran İslam Respublikası Səhiyyə Xeyriyyəçiləri Assambleyasının sədri deyib: Səhiyyə xeyriyyəçiləri indiyə qədər xəstəxana, tibb məntəqəsi, klinika və təcili yardım mərkəzi inşa etmək məqsədilə 15 trilyon rialdan çox vəsaiti səhiyyə və müalicə sektoruna yardım ediblər.azeri.sahartv.ir saytının məlumatına görə, Cənab Nəyiri deyib: Səhiyyə Xeyriyyəçiləri Assambleyası üç il öncədən İranda fəaliyyətinə başlayıb və bu müddətdə səhiyyə xeyriyyəçilərinin 140 şöbəsi yaradılmışdır. Bu səylər davam etməkdədir.
İran Səhiyyə Xeyriyyəçiləri Assambleyasının sədri xərçəng və sonsuzluq xəstəliklərindən əziyyət çəkənlərin sığortası layihəsinin icra olunduğunu da bildirib.