İranXƏBƏRLƏR

İranda xərçəng xəstəliyinə qarşı yeni dərmanın təqdimatı olub

İran İslam Respublikası prezidentinin birinci müavininin iştirakı ilə bu gün Tehranda iki yeni-tərkibli dərman preparatının təqdimat mərasimi keçirilib.
İranın Elmi Araşdırmalar Şirkəti tərəfindən istehsal olunan “Retaplas” və “Pegastrin” adlı bu dərman preparatları vitse-prezident Məhəmməd Rza Rəhimi və prezidentin elm və texnologiya məsələləri üzrə müavini Nəsrin Sultanxahın iştirakı ilə keçirilən xüsusi bir mərasimdə təqdim olunub.
“Retaplas” ürək-damar xəstəlikləri, “Pegastrin” isə xərçəng xəstəliyinin müalicəsində təsirli vasitələrdən hesab olunur.
İranın Elmi Araşdırmalar Şirkətinin icraçı direktoru Müctəba Təbatəbayi deyib: Retaplas ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində ən son dərman preparatı hesab olunur və bu dərman preparatı qanı durultmaq və qan laxtalarını əritməklə qan dövranı prosesini yaxşılaşdırır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu