İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın Mərkəzi ostanında yerləşən Ərak ağır su reaktoru öz fəaliyyətlərini davam etdirəcək.
Bu gün şənbə (3 may) Fars Xəbər Agentliyi ilə müsahibəsi zamanı bu sözləri söyləyən Əliəkbər Salehi müzakirələrin yekun hədəfinin İranın ballistik raketlərinin məhv edilməli olması haqda Amerikanın nümayəndələr palatasının xarici əlaqələr komitəsi sədrinin sözlərinə reaksiyada İranın xarici işlər nazirinin bu mövzunu rədd etdiyini bildirib. Bundan öncə də İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi İİR-nin nüvə təsisatlarının mahiyyətinin dəyişilməz olduğunu bildirmişdi.
