Qaeme Ali-Məhəmməd, Həzrəti Mehdi(əc)-in mövlud gününün ildönümündə islami İran nur, şənlik və sadlıq içindədir.
Bütün İrandan müxbirlərin verdikləri məlumatlara görə, öz həzrətlərinin zühurunu gözləyənlər keçid yerlərini yumaq, gülab səpmək, mənzillərin qapısı üzərini, küçə və prospektləri, dini məkan və məscidləri çırağban edib bəzəməklə Nərgiz Gülünün intizarındadır və özlərini o həzrətin mübarək mövlud gününün ildönümü şənliyinə hazırlayıblar.
Müxtəlif xalq qrupları, xüsusən gənclər küçə və prospektlər, habelə mənzillərdə şənlik mərasimləri təşkil edib, noğul-şirni paylayıb, dini məkan və məscidlərdə mədhiyyəoxuma mərasimləri təşkil edərək, mübarək 15 şəban gecəsini əziz tuturlar.
Mövludxanlıq, dini nəğmələrin icrası, xalq arasında şirni və şərbət paylama, məscid və keçidlərin çırağban edilməsi və adları Mehdi və ya Mehdiyyə olan şəxslərə hədiyyələrin verilməsi 15 şəban mərasiminin digər tədbirlərindəndir.
Küçələrdə də salavat dayanacaqları qurulub və xalq arasında şirni və şərbət paylanır.