DünyaXƏBƏRLƏR

İslami İran səadətli Qədir Xum bayramının şənliyində

İslami İran müsəlmanların böyük bayramlarından olan səadətli Qədir Xum bayramı münasibəti ilə şənlik və şadyanalıq içindədir.
Qədir Xum Məkkə və Mədinə arasında bir məkanın adıdır. Məhz həmin bu məkanda islamın əziz peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) vida həccində şiələrin ilk imamı Həzrət Əlini (ə) özündən sonra “Vəli” adlandırdı.
Əziz islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) son həccindən döndüyü zaman həcdə iştirak edən bütün müsəlmanları Qədir Xum məkanında bir yerə topladı və Allah-taala tərəfindən Həzrət İmam Əlini (ə) öz vəsisi, qardaşı və canişini olaraq elan etdi.
Əziz islam peyğəmbəri (s.ə.s) Qədir Xumun önəmli xitabəsində buyurmuşdur: Əli, mövlası olduğum hər bir şəxsin mövlasıdır.
İslami İranın mömin xalqı səadətli Qədir Xum bayramının gecəsi və günündə dini məkanlarda və məscidlərdə şənliklər keçirir.
Şirni, şərbət paylamaq və mövludiyyə mərasimləri keçirmək İranda səadətli Qədir Xum bayramı gecəsi və gününün müxtəlif proqramlarındandır.
İran xalqı həmçinin səadətli Qədir Xum bayramı günündə dini məkanlarda olmaqla və müxtəlif şənliklər keçirməkdən əlavə, bu gündə bir-birlərinin görüşünə də gedir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu