DünyaXƏBƏRLƏR

İsmayıllının yeni icra başçısı işsizliyi tezliklə həll ediləcəyini deyib

İsmayıllı rayonunun yeni icra başçısı Mirdaməd Sadıqov rayonda mövcud işsizlik probleminin tezliklə həll ediləcəyini vurğulayıb.
İcra başçısı qeyd edib ki, işsizliyin aradan qaldırılması üçün gecə və gündüz işlər aparılmalıdır.
“Şəhərdə quruculuq- abadlıq işləri gücləndirilsin və qısa zamanda yekunlaşsın. Xüsusilə rayonda bərbad vəziyyətdə olan bütün şəhərdaxili yollar təmir edilsin. İşci qüvvəsi artırılsın və iki növbə olaraq gecə -gündüz işlər aparılsın, bütün işlər həll olunsun. İsmayıllı hadisələrində həbs olunmuş vətəndaşların azad olunması və onların işlə təmin olunması barəsində işlər aparılacaq. Həbs olunan sadə vətəndaşar işsizlikdən, bekarçılıqdan istəmədən bu xoşagəlməz hadisələrin qurbanı olublar” – deyə Mirdaməd Sadıqov bildirib.
Bunu Birlik saytına şərh edən AİP funksioneri Rövşən Əhmədli bildirdi ki, ölkə başçısı da sonuncu çıxışında ölkədə sosial problemlərin pik həddə çatdığını etiraf etdi.
“Prezidentin yaxın günlərdə etdiyi çıxış onu göstərdi ki, onlar artıq ölkədə mövcud sosial problemlərdən xəbərdardır və bunu bir növ etiraf edirlər. Bu problemlərdən yaxa qurtarmaq üçün köklü dəyişikliyə ehtiyac var. Mən hesab edirəm ki, bir fərdin dəyişdirilməsi ilə problemləri həll etmək mümkün deyil. Bunun üçün köklü siyasi islahatlara getmək lazımdır. “

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu