İranXƏBƏRLƏR

İsrail Bakı ilə məsləhətləşməlidir!!

“Əgər kimsə – ABŞ, israil, yaxud başqa dövlət – İrana zərbə endirməyə hazırlaşırsa, onlar bunu Azərbaycanla əvvəlcədən məsləhətləşməlidir. Çünki bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər”.
Bu fikirləri APA-nın Vaşinqton müxbiri Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornell-in  dilindən yayıb.
Svante Kornell deyib : “Azərbaycan başa düşür ki, İsraillə müttəfiq olsalar belə, onlar ön xətdə tək qalacaqlar. İsrailindən Azərbaycana təhlükəsizlik qarantiyası verəcəyini gözləməyə dəyməz.”
Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru əlavə edib : “ABŞ isə, regiona marağının səviyyəsini nəzərə alsaq, təhlükəsizlik məsələlərində iştirak səviyyəsini artıra, məsələn, Azərbaycana hərbi-dəniz avadanlığının satılmasına maneə törətməyə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, əgər region ölkələri nəticələrin onlar üçün kifayət qədər neqativ olacağını bilirsə, ABŞ və ya İsrail maraqlarını müdafiə etməklə öz üzərinə risk götürməlidir. Əgər ABŞ da məsələn, Azərbaycan, Gürcüstan, Türkmənistan, yaxud Özbəkistanın köməyinə ehtiyac duyacaqsa, onda təhlükəsizlik sahəsində öz iştirakına dair strateji, uzunmüddətli, stabil siyasət işləyib hazırlamalıdır”.
Qeyd etmək lazimdir ki, az öncə  İran İslam Respublikasının Ali Təhlükəsizlik Şurasının sədri Səid Cəlilinin Bakıya etdiyi səfərdə Prezident İlham Əliyev rəsmi Bakının İrana qarşı anti təhlükəsizlik addımlara yol verməyəcəyini vurğulamışdır.
İran ilə Azərbaycan Respublikasında iki təhlükəsizlik sənədinin imzalanmasına baxmayaraq son illərdə sionist rejim Azərbaycan Respublikası vasitəsi ilə Mossadın terrorçu qüvvələrini iranlı alimləri terror etmək üçün ezam etmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu