
AzərbaycanXƏBƏRLƏR
Orduda müəmmalı ölümlər davam edir
Azərbaycan Respublikası Ordusunda müəmmalı ölümlər davam edir.
Keçən gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib.
Ölümün hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Azərbaycan Respublikası Ordusunda müəmmalı ölümlər davamlna etiraz olaraq 10 martda Bakının mərkəzində xalq aksiyası gözlənilir.