İranXƏBƏRLƏR

Qan təzyiqinin tənzimlənməsində meyvə və tərəvəzlərin möcüzəli təsiri

İranın tibb elmləri tədqiqatçıları meyvə və tərəvəzlərin qan təzyiqinin tənzimlənməsindəki möcüzəvi təsirinə toxunaraq deyirlər: Gündəlik olaraq bol miqdarda meyvə və tərəvəz qəbul etmək qan təzyiqinin nizamlanmasına kömək edir.

Meyvələr və tərəvəzlər sağlam bir qidalanmanın ayrılmaz parçalarıdırlar. Hər gün kifayət qədər meyvə və tərəvəzin qəbul edilməsi bəzi xəstəliklərə yoluxma ehtimalını azaldır, qan təzyiqini nizamlayır və ürək-damar, xərçəng xəstəlikləri qarşısında insanı qoruyur.

Gündəlik olaraq 2-3 ədəd yaşıl və ya sarı rəngli meyvə qəbul edən insanlar digərləri ilə müqayisədə daha sağlam və gümrah olurlar.

Həddən artıq duzdan istifadə etmək isə bir sıra çatışmazlıqlara o cümlədən qan təzyiqinə səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər.

Qan təzyiqi ən geniş yayılmış xəstəliklərdəndir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu