Vyana-3 rəsmi müzakirələrinin ikinci günündə İran və Altılıq qrupu ölkələrinin xarici işlər nazirləri müştərək yazıdan öncə ortada qalmış mövzuları müzakirə edirlər.
BMT-nin Vyana qərargahında davam edən Vyana-3 müzakirələri bu tur müzakirələrin sonuncu mərhələsi sayılır.
İran xarici işlər naziri Məhəmmədcavad Zərifin dediyinə görə bu mərhələdə indiyə kimi ortada qoyulmuş mübahisə mövzuları araşdırılacaq və növbəti danışıqlarda son razılaşmanın yazısının hazırlanmasına start veriləcək.
İran xarici işlər naziri hüquqi və beynəlxalq işləri üzrə müavini seyid Abbas İraqçı da İran və Altılıq qrupunun ilkin müştərək komissiyasının təşkil edilməsi xəbərini verərək söyləyib: Bu komissiyada Cenevrə razılaşması ilə əlaqəsi olan orqanların nümayəndələri 5+1 qrupunun mütəxəssisləri ilə yanaşı bu gün çərşənbə ilkin danışıqlarını həyata keçirirlər.