İsrail təyyarələri Suriya’ya avia zərbə endirərkən Türkiyə hərbi bazasından istifadə edib.
Bu barədə ictimaiyyətə “Russia Today” telekanalı məlumat yayıb. Məlumata görə, İsrail təyyarəsi iyul ayının 5-də Suriyanın Lazkiyə şəhərindəki silah anbarını bombardman edərkən Türkiyə hərbi bazasının xidmətindən faydalanıb.
Qeyd edək ki, Türkiyə və İsrail Suriya’da Bəşşar Əsəd hökumətinə qarşı döyüşən muzdlu terrorçulardan ibarət müxalifləri dəstəkləyir.