İranın sənaye, məndənlər və ticarət naziri, başçılıq etdiyi nazirliyin əsas porioritetinin istehsal üzrə maneələri müyyənləşdirmək və ölkənin iqtisadiyyatı və sənyenin inkişafı məqsədi ilə problemləri ortadan qaldırmaqdan ibarət olduğunu bildirib.
Mühəndis Məhəmmədrza Nemətzadə ötən gecə (cümə axşamı 12 dekabr) İranın ikinci telekanalından yayımlnan özəl dialoq verilişində başçılıq etdiyi nazirliyin 100 günlük fəaliyyəti ilə əlaqədar hesabat verərək deyib: Bu qısa zaman ərzində istehsalatı əngəlləyən 20 amil müəyyənləşib və onların bəzisinin ortadan qaldırılması üzrə lazımı addımlar da həyata keçirilib.
İranın sənaye, məndələr və ticarət naziri ötən illər ərzində sənayenin iflasa uğradığını deyərək bilidirib ki, daxili istehsalatın həcminin azalması nəticəsində ölkədə lazımı əsas məhsulların çoxu xaricdən təmin edilir.
Nemətzadə sənaye sahəsində digər mühüm tədbirlərin tənzimlənməsini və şəffaflıq sahədə atılan addımlar haqda deyib: Yeni sənaye investisiyaların yatırılması və mədən sahəsində fəaliyyətlərin inkişaf etməsi üçün tədbirlərin sadələşdirilməsi nazirliyin həyata keçirdiyi yeni addımlardan hesab olur.
İranın sənaye, mədənlər və ticarət naziri sözlərinin digər hissəsində bildirib: İran biznes baxımından dünyanın 178 ölkəsi arasında 152-ci yerdə durur? bu isə bu sahədə müxtəlif problemlərin olduğunun göstəricisidir.